Gürcüstanda əhalinin əksəriyyəti iqtisadi irəliləyiş hiss etmir

Gürcüstanda əhalinin əksəriyyəti iqtisadi irəliləyiş hiss etmir
# 09 dekabr 2012 03:17 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Əhalinin çoxu hələ iqtisadi irəliləyiş hiss etməyib.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə noyabr ayında Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Respublika İnstitutunun respondentlərlə apardığı növbəti araşdırmasında məlumat verilib. Sorğuya əsasən respondentlər tərəfindən qeyd olunub ki, ölkə iqtisadiyyatında və fərdi maliyyə vəziyyətində dəyişikliklər hiss olunmayıb.

Sorğuya əsasən, respondentlərin 6% cavab verib ki, son iki ayda ailələrinin maliyyə vəziyyəti dəyişilib. Cavab verilib ki, müəyyən dərəcədə onların sosial vəziyyəti yaxşılaşıb. respondentlərin 83% bildiriblər ki, heç bir dəyişiklik baş verməyib. Sorğu aparılan 8% respondent qeyd edib ki, onların maliyyə vəziyyəti zəifləyib. 1% isə bildirib ki, onların maliyyə vəziyyəti daha da pisləşib. 1% isə cavab verməkdə çətinlik çəkib.

Gürcüstanda iqtisadi situasiyaya gəlincə, sorğu aparılanların 1% qeyd edib ki, son iki ayda iqtisadiyyat güclü şəkildə aşağı enib. 11% bildirib ki, müəyyən səviyyədə iqtisadiyyat yüksəlib.

78% respondent dəyişiklikləri görməyib. 7% qeyd edib ki, müəyyən səviyyədə iqtisadiyyat aşağı enib. 1% isə iqtisadiyyatın güclü şəkildə pisləşdiyini qeyd edib. Daha 2% respondentlər isə iqtisadiyyat barədə suallara cavab tapmayıblar.

Qeyd edək ki, respondentlərlə aparılan sorğuda 1500 nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR