Azərbaycan prezident Sinqapur şəhərindəki Milli Səhləb Bağı ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezident Sinqapur şəhərindəki Milli Səhləb Bağı ilə tanış olub   - <span style="color: red;">FOTOSESSİYA
# 21 noyabr 2012 10:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezident İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bağın icraçı direktorunun müavini Leonq Çi Çieu buradakı nadir bitkilər barədə məlumat verib.

Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan prezidenti İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlət başçısına təqdim olunub.

Prezident İ. Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb.

Daha sonra prezident Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. Məlumat verilib ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulub. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınıb. Bağın kolleksiyasında mindən çox səhləb gülü növü var və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir. Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.

Prezidentə bağda olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib.

Sonda dövlət başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR