Bakıda “21 dekabr”la əlaqədar avtomobil seyrəkliyi müşahidə edilir

Bakıda “21 dekabr”la əlaqədar avtomobil seyrəkliyi müşahidə edilir
# 21 dekabr 2012 08:06 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov avtomobil azlığının səbəbi açıqlanıb. V. Əsədov APA-ya açıqlamasında bildirib ki, dünən axşam saatlarından paytaxtın küçə və prospektlərində boşluq müşahidə olunur: “Bakı küçələrində nəqliyyat vasitələrinin az olmasına səbəb bəzi kütləvi informasiya vasitələrində yayılan “21 dekabr-qiyamət günü” ilə bağlıdır”.

V .Əsədov, həmçinin qeyd edib ki, adətən paytaxtın avtomobil yollarında şənbə və bazar günləri boşluq olur. Lakin dünən və bu gün olan boşluq sırf bu şayiələrə inanan sürücülərin avtomobillərindən az istifadə etməsi ilə bağlıdır.

V. Əsədov sürücülərə müraciət edərək onları bu kimi şayiələrə uymamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR