Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda İran İslam Respublikasının vətəndaşı bıçaqlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Mingəçevir şəhərində baş verib. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də İran vətəndaşı Fərşid Rüstəmiyə bıçaqla xəsarət yetirən Mingəçevir şəhər sakini Orxan Sadıxov tutulub.
Faktla bağlı araşdırma aparılır.