Ucarın elektrik enerjisi təchizatında yenidən ciddi problemlər yaranıb

Ucarın elektrik enerjisi təchizatında yenidən ciddi problemlər yaranıb
# 08 aprel 2015 14:12 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb.

APA-nın aran bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, artıq bir neçə gündür ki, rayonun bir neçə yaşayış məntəqəsində və şəhərin Heydər Əliyev prospektində elektrik enerjisi fasilələrlə verilir. Bu səbəbdən yerli sakinlər neçə gündür ki, bank və poçt xidmətlərindən istifadə edə bilmir.

Ucar Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi Arif Mamedov APA-ya bildirib ki, yaşayış məntəqələrində elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb elektrik naqillərinin və dirəklərinin istismar müddətini başa vurmasıdır: “Bu səbəbdən də tez-tez qəzalar baş verir. Hal-hazırda həmin ərazilərdə naqillərdə baş verən nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Şəhərin Heydər Əliyev prospektində enerjinin fasilələrlə verilməsinə səbəb isə həmin ərazidə abadlıq işləri ilə əlaqədar olaraq, elektrik dirəklərinin yerlərinin dəyişdirilməsidir. Bu gün bu proses başa çatacaq və səhərdən həmin ərazi fasiləsiz enerji ilə təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR