Türkiyədə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı elmi-mədəni konfrans keçirilib - FOTOSESSİYA

 Türkiyədə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı elmi-mədəni konfrans keçirilib    - <span style="color: red;">FOTOSESSİYA
# 14 dekabr 2012 00:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universiteti şəhərciyində yerləşən Bilkent Oteldə sözügedən universitet ilə birgə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı geniş tərkibli elmi-mədəni konfrans həyata keçirib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə, Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçək, Türkiyə prezidenti Administrasiyasının rəhbəri Mustafa İsen, Türkiyənin baş nazirinin müavini Beşir Atalay, Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev, AKP-nin sədr müavini Mehmet Necati Çetinkaya, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay başda olmaqla sözügedən nazirliyin yüksək vəzifəli rəsmiləri, Azərbaycanın təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm Naziri Əbülfəs Qarayev, Türkiyə parlamentinin sabiq spikeri İsmet Sezqin, sabiq dövlət naziri Mehmet Aydın, Türkiyə təhsil nazirinin müavini Orhan Erdem, Azərbaycan prezidenti Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA-nın həqiqi üzvü professor Vasim Məmmədəliyev, Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Ənvər Həsənoğlu, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, Türkiyənin ölkəmizdəki sabiq səfirləri, Türkiyə-Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, Bilkent Universitetinin tələbə və müəllim kollektivi, ictimaiyyət, diaspor və çox sayda KİV nümayəndələri, eləcə də Ankarada təhsil alan kursant, tələbə və müdavimlərimiz iştirak ediblər.

Konfrans 4 sessiya halında öz işini davam etdirib. Sessiyalarda Əli Doğramacı, Ənvər Həsənoğlu, Faiq Bağırov, Ərtoğrul Günay, Beşir Atalay, Elçin Əfəndiyev, Fatma Abdullazadə, Mehmet Aydın, Orhan Erdem, Misir Mərdanov, Firəngiz Əlizadə, Əbülfəs Qarayev, Vasim Məmmədəliyev, Urxan Ələkbərov və Mustafa İsen çıxış ediblər. Natiqlər çıxışlarında, ümummilli liderin Azərbaycana olan xidmətlərindən, onun ölkəmizin elm, incəsənət və sosial həyatında önəmli şəxsiyyətlərinə verdiyi dəyərdən, Azərbaycanın iqtisadi-sosial inkişafının təməllərinin qoyulmasındakı rolundan, Heydər Əliyevin şəxsi və ailə həyatında mədəniyyət və incəsənətin xüsusi yerindən, Azərbaycanda elm və təhsilin müasir dünya ilə uyğunlaşması istiqamətində inkişaf prosesində olan əvəzedilməz xidmətlərindən ətraflı bəhs ediblər.

Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək, ümummilli lider ilə bağlı geniş şəkildə çıxış edərək, ölkəmizin qısa müddət ərzində regionda mühüm bir dövlətə çevrildiyindən, Ermənistanın Azərbaycana qarşı haqsız və qərəzli siyasətindən, son 25 il ərzində Azərbaycan xalqına qarşı olan erməni təcavüzündən və 10 dekabr insan hüquqları günündə azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının dünya ictimaiyyəti tərəfindən xatırlanmadığından bəhs etmiş və mərhum prezidentin əziz xatirəsinə olan dərin ehtiramını bir daha vurğulayıb.

Konfransın ilk iki sessiyasından sonra tədbir iştirakçılarına nahar ziyafəti verilib.

Bu gün səfirliyin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankarada ümummilli liderin adını daşıyan orta məktəb və Heydər Əliyev parkının müasir səviyyədə təmirinin ilkin mərhələsinin açılış mərasimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR