Azərbaycanda yaradılan investisiya fondlarının aktivlərinin xaricdə yerləşdirilməsi qaydaları dəyişib

Azərbaycanda yaradılan investisiya fondlarının aktivlərinin xaricdə yerləşdirilməsi qaydaları dəyişib
# 24 dekabr 2012 12:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında» qaydalara dəyişiklik edib.

Dəyişikliklərə əsasən, ölkədə yaradılacaq indeks investisiya fondları bütün aktivlərini xaricdə yerləşdirə biləcəklər. Belə ki, qaydalara görə, ölkədə yaradılacaq investisiya fondlarının aktivlərinin ən azı 25%-i Azərbaycan ərazisində yatırılmalıdır. Bununla yanaşı bildirilir ki, bu qayda indeks investisiya fondlarına aid edilməyəcək.

Qeyd edək ki, indeks investisiya fondları – aktivlərini hər hansı indeksə daxil olan bütün şirkətlərin səhmlərinə, onların indeksdəki payına uyğun olaraq yatıran fondlar sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR