Türkiyədə “Güney Azərbaycan faktorunun Türk dünyası üçün əhəmiyyəti” mövzusunda toplantı keçirilib

Türkiyədə “Güney Azərbaycan faktorunun Türk dünyası üçün əhəmiyyəti” mövzusunda toplantı keçirilib
# 25 dekabr 2012 04:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Türkiyənin paytaxtı Ankara şəhərində “Güney Azərbaycan faktorunun Türk dünyası üçün əhəmiyyəti” mövzusunda toplantı keçirib. APA-nın məlumatına görə, tədbirdə Türkiyə, Azərbaycan və Güney Azərbaycandan soydaşlarımız iştirak ediblər. Eyni zamanda toplantıda Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Dilək Akagün Yılmaz, Milliyyətçi Türkiyə Partiyasının (MTP) sədri Əhməd Yılmaz, Dünya Gənclər Dostluq və Dayanışma Dərnəyinin sədri Sedat Adakan, İraq türkmənlərinin təmsilçisi, yazıçı Sadun Köprülü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) fəalları, Hərb-İş Sendikasının təmsilçiləri və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri mövzu ilə bağlı çıxış edərək hər zaman Güney Azərbaycan türklərinin yanında olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR