Azərbaycanda bütün yollar bərk örtüklü olacaq

Azərbaycanda bütün yollar bərk örtüklü olacaq
# 13 dekabr 2012 09:02 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycandakı bütün çınqıl örtüklü avtomobil yolları 2020-ci ilədək tədricən bərk örtüklə əvəz ediləcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.

Konsepsiyanın hədəflərinə əsasən, yeni yolların salınması əhalinin təhlükəsizliyinin təmin olunması prinsipi ilə davam etdiriləcək, şəhərdaxili və şəhərdən kənar avtoparkların tikintisi sürətləndiriləcək. Bundan başqa, Bakıdan başqa, ölkənin digər böyük şəhərlərində də nəqliyyatın intellektual idarə olunması sisteminin tətbiqi reallaşdırılacaq.

Bu dövrdə paytaxtın və digər şəhərlərin, rayonların, kəndlərin ictimai nəqliyyat sistemi əhəmiyyətli dərəcədə inkişaf etdiriləcək: «Ölkənin dəmir yolu şəbəkəsi və hava nəqliyyatı daha da təkmilləşdiriləcək, bölgələrin tarazlı inkişafı və turizmin şaxəli irəliləyişi üçün zəmin yaradacaq».

Konsepsiyaya əsasən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, respublika əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin icrası başa çatdırılacaq və ölkənin yol-nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR