Avstraliyada Heydər Əliyevin anım günü ilə bağlı radioveriliş yayımlanıb

Avstraliyada Heydər Əliyevin anım günü ilə bağlı radioveriliş yayımlanıb
# 10 dekabr 2012 15:50 (UTC +04:00)

Sidney. Elmin İbrahimov-APA. Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş veriliş hazırlayıb.

“Azərbaycanın səsi” radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan veriliş bu gün yerli vaxtla saat 22:00-də yayımlanıb.

Verilişdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açılıb, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və siyasi-iqtisadi sabitliyinin təmin olunmasındakı əvəzsiz rolu vurğulanıb.

Qeyd edək ki, 2000 FM Radio stansiyasında 98.5 MHz tezliyində efirə çıxan “Azərbaycanın səsi” radiosu artıq 20 ildir ki, fəaliyyət göstərir. Radio həftənin bazar ertəsi günləri dinləyiciləri Azərbaycanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR