İranlı jurnalistlər Türkiyədə səfərdədir

İranlı jurnalistlər Türkiyədə səfərdədir
# 22 dekabr 2012 12:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Türkiyədə səfərdədir.

APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, R.Mehmanpərəstin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xeyli sayda iranlı jurnalist var. Səfərdə məqsəd İranla Türkiyə arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

Eyni zamanda R.Mehmanpərəstin səfər çərçivəsində Türkiyənin bir sıra yüksək çinli rəsmiləri ilə görüşəcəyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR