AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri və vəkillərlə görüşüblər

AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri və vəkillərlə görüşüblər
# 28 noyabr 2012 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debona Qrex hüquq müdafiəçiləri və vəkillərlə ayrı-ayrılıqda görüş keçiriblər. APA-nın məlumatına görə, hər iki görüşdə Azərbaycandakı siyasi mühit, söz azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalistlər, siyasi partiyaların vəziyyəti, insan hüquq və azadlıqları, sərbəst toplaşmaq azadlığı kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AŞ PA məruzəçiləri ilə görüşdə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə, Elçin Behbudov, Oqtay Gülalıyev, Emin Hüseynov, Razi Nurullayev, Əsabəli Mustafayev, İntiqam Əliyev, Anar Qasımlı, Fariz Namazlı və digərləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR