Azərbaycanda problemli bank aktivləri ilə bağlı xüsusi qurum yaradılacaq

Azərbaycanda problemli bank aktivləri ilə bağlı xüsusi qurum yaradılacaq
# 27 dekabr 2012 09:12 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın bank sistemindəki problemli aktivlərlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Bəyanata əsasən, gələn il Azərbaycanda bank sisteminin dayanıqlığının, problemli aktivlərlə işin səmərəliliyinin artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə əsasən ixtisaslaşdırılmış qurumun yaradılması imkanları da araşdırılacaq.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının kredit portfelində xüsusi çəkisi 6,4% olub və bunun təxminən yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR