MDB ölkələrinin miqrant işçiləri və onların ailə üzvlərinin hüquqi statusu haqqında konvensiyaya dəyişikliklər ediləcək

MDB ölkələrinin miqrant işçiləri və onların ailə üzvlərinin hüquqi statusu haqqında konvensiyaya dəyişikliklər ediləcək
# 10 dekabr 2012 10:20 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Dekabrın 12-13-də MDB İcra Komitəsində MDB ölkələrinin miqrant işçiləri və onların ailə üzvlərinin hüquqi statusu haqqında konvensiyaya dəyişikliklər etmək üçün ekspert qrupunun növbəti görüşü keçiriləcək. APA-nın məlumatına görə, konvensiya MDB ölkələrin hökumət başçıları tərəfindən 2008-ci ildə qəbul olunub, sənəd Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna tərəfindən imzalanıb.

Konvensiyanın əsas məqsədi əməkçi miqrantların və onların ailə üzvlərinin tənzimlənən hüquqi statusu və miqrant işçilərin həyat və iş şəraiti ilə bağlı olan hər şeyi təşviq etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR