Rusiya NATO-nun Türkiyədə hava hücumundan müdafiə sistemi qurmasına təəssüflənir

Rusiya NATO-nun Türkiyədə hava hücumundan müdafiə sistemi qurmasına təəssüflənir
# 13 dekabr 2012 13:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “NATO-nun Suriyaya hərbi müdaxilə planı yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya paytaxtında səfərdə olan NATO Hərbi Komitəsinin rəhbəri Knud Bartels deyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşən NATO generalı Tükiyə ilə Suriyanın sərhədində yerləşdiriləcək “Patriot” raket sistemlərinin müdafiə məqsədli olduğunu söyləyib: “Alyans sadəcə üzvlərindən birinin xüsusi bir tələbinə cavab verib”. K. Bartels Suriyaya NATO tərəfindən hər hansı bir hərbi müdaxilə olmayacağını da bildirib.

V. Gerasimov da Suriyaya hərbi müdaxilə barədə bir daha xədəbrdarlıq edib. Suriyada vəziyyətin getdikcə pisləşdiyini söyləyən baş qərargah rəisi NATO-nun Türkiyədə hava hücumundan müdafiə sistemi qurmasına təəssüfləndiyini bildirib: “Biz üçüncü tərəflərin müdaxiləsi olmadan Suriya konfliktinin həll olunmasının önəmini xüsusi vurğulamaq istəyirik. Xüsusi ilə də, hərbi müdaxilə qəbulolunmazıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR