Milli komandamızın Belfastda açıq məşqinin vaxtı dəqiqləşib

Milli komandamızın Belfastda açıq məşqinin vaxtı dəqiqləşib
# 08 noyabr 2012 14:07 (UTC +04:00)
Bakı – APA. 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan millisinin Belfastda açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 12-də, yerli vaxtla saat 18:00-da Belfastda “Windsor Parks” stadionunda yığmamız mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq.

Bir gün sonra saat 12:00-da isə “Stormont” mehmanxanasının “Double Confex” zalında mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR