Bakı – APA. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkədə inqilabın mümkünlüyünü istisna edib. APA-nın xəbərinə görə, N. Patruşev “Komsomolskaya pravda” qəzetinə müsahibəsində Rusiyada “rəngli” inqilablar üçün əsas olmadığını söyləyib və ölkədə bu cür ssenarilərin reallaşmasına yol verilməyəcəyini bildirib: “Qanunvericiliyə lazımi əlavələr edilib, birbaşa ABŞ Dövlət Departamentindən maliyyələşən bir sıra xarici qeyri-hökumət təşkilatlarının fəaliyyəti dayandırılıb”.
Xatırladaq ki, N. Patruşev dekabrın 9-da bəyan etmişdi ki, Rusiyada “narıncı inqilab” təhlükəsiz qalır.