Azərbaycanın vergilər naziri İran səfirini qəbul edib

Azərbaycanın vergilər naziri İran səfirini qəbul edib
# 14 dekabr 2012 09:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Azərbaycanın vergilər naziri Fazil Məmmədov İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və investisiya imkanlarının gələcək perspektivləri əsas müzakirə mövzusu olub.

Eyni zamanda tərəflər iki ölkə arasında münasibətlərin dost xarakter daşıdığını bildirərək, vergi güzəştlərinin tətbiqi və iqtisadi sahədə qarşılıqlı təcrübə mübadiləsinin, vergi məsələləri üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR