Polşa nümayəndə heyəti ANAMA-nın imkanları ilə tanış olub

Polşa nümayəndə heyəti ANAMA-nın imkanları ilə tanış olub
# 25 dekabr 2012 10:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Polşanın “Jakusz” şirkətinin direktoru Boqdan Jakuszun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olub. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Azərbaycanda mina təmizləmə fəaliyyəti üzrə həyata keçirilən işlərlə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Polşa heyəti Fizuli regionunda aparılan minatəmizləmə əməliyyatları, eləcə də Göygöl regional bazasında agentliyin təlim bazasının şərait və imkanları ilə tanış olublar. Qonaqlara Təlim, Tədqiqat, Keyfiyyətə Təminat Qurumu tərəfindən avadanlıq sərgisi, ANAMA-nın yerli və beynəlxalq səviyyəli fəaliyyətini əks etdirən prezentasiyalar təqdim edilib.

ANAMA-nın direktoru Nazim İsmayılovla keçirilən görüşdə isə PHS təmizlənməsi sahəsində gələcəkdə mümkün əməkdaşlıq barədə müzakirələr aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR