Səudiyyə İnkişaf Fondu Azərbaycan bankına kredit ayırıb

Səudiyyə İnkişaf Fondu Azərbaycan bankına kredit ayırıb
# 04 dekabr 2012 10:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC ilə Səudiyyə İnkişaf Fondu arasında ticarətin maliyyələşdirilməsinə dair kredit xəttinin açılmasına dair müqavilə imzalanıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.


Fond idxal əməliyyatlarının sığortalanması üçün 4 mln. ABŞ dollarının ayrılmasına dair ilk kredit sazişini «Amrahbank» ilə imzalayıb və bu müqavilə Səudiyyə İnkişaf Fondunun ölkənin bank sistemi vasitəsilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün Azərbaycanda həyata keçirdiyi ilk sövdələşmə müqaviləsidir. Bu günə kimi Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq dövlət zəmanətləri əsasında qurulub və kreditlər əsasən infrastruktur və sosial layihələrə dəstək üçün verilib.


Qeyd edək ki, «Amrahbank» ASC 1993-cü ildə təsis edilib, 2008-ci ildən Bəhreynin Beynəlxalq İnvestisiya Bankı 49% səhm paketi ilə «Amrahbank»ın strateji səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR