Azərbaycan Dövlət Neft Şirkəti yaxın üç ildə Türkiyənin aparıcı 3 istehsalat şirkətlərindən biri olmaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti yaxın üç ildə Türkiyənin aparıcı 3 istehsalat şirkətlərindən biri olmaq niyyətindədir
# 27 dekabr 2012 12:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ilə kimi Türkiyə bazarında üç ən iri istehsalat şirkətlərindən biri olmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu «SOCAR-Turkey A.Ş.»nın rəhbəri Kənan Yavuz «Hazar World»ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ARDNŞ-ın Türkiyə iqtisadiyyatına investisiya yatırımlarının ilkin mərhələsi 2016-cı ilə kimi bitəcək.

K.Yavuz həmçinin qeyd edib ki, Xəzər qazının Avropaya daşınmasını nəzərdə tutan TANAP layihəsi regional ölkələr üçün yeni imkanlar açacaq: «Botaş»ın proqnozlarına əsasən, 2020-ci ilə kimi Türkiyənin təbii qaza olan tələbatı 70 mlrd. kubmetrə çatacaq. Bu baxımdan da Azərbaycan qazının Avropaya daşınması məsələsində yaranan gözlənilməz problemlər zamanı Türkiyənin TANAP-dan daşınacaq qazın yerli bazarda satılmasına imkan olacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR