İzmirdə QDİƏT üzvü olan ölkələrin nəqliyyat nazirlərinin beynəlxalq konfransı başlayır

İzmirdə QDİƏT üzvü olan ölkələrin nəqliyyat nazirlərinin beynəlxalq konfransı başlayır
# 28 noyabr 2012 12:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Türkiyənin İzmir şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin beynəlxalq konfransı başlayır.

APA-nın xəbərinə görə, “Qara dəniz, Orta Asiya və Yaxın Şərq bölgələrində nəqliyyat və tranzit daşınmalarının gələcəyi” mövzusunda keçiriləcək konfransda, Türkiyə, Rumıniya, Moldova, Azərbaycan, Gürcüstan və Pakistanın nəqliyyat nazirləri iştirak edəcək.

Konfransda Qara dəniz ölkələri arasında nəqliyyatla bağlı problemlərin aradan qaldırılması məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR