“Azərbaycan xalqının tarixində rol oynayan xüsusi günlərlə bağlı Qaydalar” yaxın günlərdə qəbul olunacaq

“Azərbaycan xalqının tarixində rol oynayan xüsusi günlərlə bağlı Qaydalar” yaxın günlərdə qəbul olunacaq
# 07 dekabr 2012 10:22 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan xalqının tarixində rol oynayan xüsusi günlərlə bağlı Qaydalar” hazırlanıb və yaxın günlərdə qəbul ediləcək. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, Qaydalar Şura tərəfindən telekanallara tövsiyə ediləcək: “Bu elə bir məsələdir ki, kanallar özləri də buna əməl edə bilərlər. Amma istəyirik ki, xüsusi günlərdə telekanallar tərəfindən sistemlilik qorunsun. Kanalların bəziləri xüsusi günlərdə efirdə bayraq, digəri başqa bir şəkil qoyur. Amma vahid qayda olsa, daha yaxşı olar. Ona görə də telekanallara bu tövsiyələr veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR