Səhiyyə Nazirliyi ilə "ASAN könüllüləri" arasında memorandum imzalanıb

Səhiyyə Nazirliyi ilə "ASAN könüllüləri" arasında memorandum imzalanıb
# 22 oktyabr 2016 12:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "ASAN könüllüləri" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

APA-nın məlumatına görə, memorandum Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

Memoranduma əsasən hər iki tərəf nümayəndələrinin iştirakı ilə birgə layihələrin, sosioloji tədqiqat və araşdırmaların həyata keçirilməsi və konfransların, təlimlərin, seminarların və əhalinin sağlamlığı ilə bağlı digər sanitar-maarif tədbirlərinin təşkili, könüllü gənclərin cəmiyyətdə qarşılaşdıqları problemli məsələlərin həllinə cəlb olunması, könüllü gənclər arasında psixi sağlamlıq istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin aradan qaldırılması, gənclər də daxil olmaqla əhalinin müxtəlif təbəqələri arasında sanitar-maarif işinin təşkili, əhalinin sağlamlığının qorunması, tütünçəkmə, spirtli içkilərdən istifadə və narkomaniya ilə mübarizə, habelə məişət zorakılığının profilaktikası məqsədilə birgə tədbirlərin və kampaniyaları təşkili, gənclər arasında fiziki aktivliyin və idmanın geniş təbliği, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən və ictimai sağlamlıqla bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi kimi məsələlər əməkdaşlıq memorandumunun əsas predmentlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR