AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 24 yanvar 2018 14:54 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Yer Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov məruzə ilə çıxış edib. Akademik bildirib ki, bölmə üzrə 14 problemi əhatə edən 41 mövzu üzrə tədqiqatlar aparılıb.

F. Qədirov qeyd edib ki, bölmə müəssisələrində 6, kənar elmi-tədqiqat, təhsil və sahə müəssisələrində isə 3 mühüm nəticə əldə edilib: "Hesabat ilində 43-ü xaricdə olmaqla 100 tezis işıq üzü görüb. 125-i xaricdə olmaqla 299 məqalə, 8-i monoqrafiya olmaqla, 16 kitab çap edilib. İmpakt faktorlu jurnallarda 60 məqalə dərc olunub".

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

İclasda AMEA-nın Lənkəran və Şəki Regional Elmi Mərkəzlərinin (LREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR