BDU Çin, Türkiyə və ABŞ universitetləri ilə əməkdaşlıq sazişi imzalayıb

BDU Çin, Türkiyə və ABŞ universitetləri ilə əməkdaşlıq sazişi imzalayıb
# 07 dekabr 2012 14:03 (UTC +04:00)

Bakı. Aynur Qəniyeva – APA. Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Çin Xalq Respublikasının Sjanjuan, Türkiyənin İqdır, ABŞ-ın Tule universitetləri arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

APA-nın məlumatına görə, tədbiri açıq elan edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycan təhsilinin qloballaşması prosesində mühüm əhəmiyyətə malikdir: “BDU ilə dünya universitetləri arasında əlaqələrin genişləndirilməsi üçün davamlı iş aparılır”.

Çinin Azərbaycandakı səfiri Xon Cyuyin bildirib ki, son dövrlərdə BDU ilə Çinin bir sıra ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq müqavilələri iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinin əsas göstəricisidir.

Tədbirdə həmçinin Türkiyənin İqdır Universitetinin rektoru, professor İbrahim Haqqı Yılmaz və ABŞ-ın Tule Universitetinin dekanı professor Devid Meyer də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR