Qanunsuz olaraq odlu silah saxlamada ittiham olunan şəxslə bağlı qərardan Avropa Məhkəməsinə şikayət olunub

 Qanunsuz olaraq odlu silah saxlamada ittiham olunan şəxslə bağlı qərardan Avropa Məhkəməsinə şikayət olunub
# 26 noyabr 2012 13:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdəki ilahiyyatçı Cavid Məmmədov barəsində olan həbs-qətimkan tədbiri qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. Bu barədə APA-ya C. Məmmədovun vəkili Cavad Cavadlı məlumat verib. O, şikayətin hazırlanaraq məhkəməyə göndərildiyini bildirib.

Qeyd edək ki, Cavid Məmmədov oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan qərardan apellyasiya şikayəti verilsə də, məhkəmə təmin etməyib. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR