Gələn ildən Azərbaycanda hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq

Gələn ildən Azərbaycanda hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq
# 27 dekabr 2012 08:44 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. 2015-ci ilədək Şahdağ Yay-Qış Turizm Kompleksi tam gücü ilə işləyəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin yekunlarını şərh edərkən deyib.

Nazir bildirib ki, bu yaxınlarda ölkə başçısının iştirakı ilə kompleksin birinci mərhələsinin açılışı olub: “Bu kompleks turistlər üçün çox cəlbedici olacaq”.

Onun sözlərinə görə, ölkə prezidentinin tapşırığı ilə artıq Bakıda üç ulduzlu hotellərin inşasına diqqət yetiriləcək, bununla da verilən xidmətlərin müxtəlifliyi təmin ediləcək: “İndi beş və dörd ulduzlu hotellərimiz kifayət qədərdir. Onlar tam gücü ilə işləyirlər. İndi isə biz daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlayacağıq. Gələn ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR