Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgi-konfransında iştirak edir

Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgi-konfransında iştirak edir
# 30 noyabr 2012 11:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün İstanbulda «CeBIT Bilisim Eurasia 2012» beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı keçirilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «CeBIT Bilisim Eurasia» sərgisində 70 ölkədən 150 min ziyarətçinin iştirak edəcəyi gözlənilir, habelə 950-dən çox şirkət İKT sahəsinə aid ən yeni texnoloji həllərini nümayiş etdirəcək. Sərginin işində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti də iştirak edir. Tədbir dekabrın 2-dək davam edəcək.

Qeyd edək ki, sözügedən sərgi informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı və İKT xidmətləri sahəsini əhatə edən dünyanın ən iri sərgilərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR