NATO: Suriya ordusu ballistik raketlərdən istifadə edir

NATO: Suriya ordusu ballistik raketlərdən istifadə edir
# 22 dekabr 2012 00:39 (UTC +04:00)

Bakı-APA. NATO Suriya ərazisində növbəti dəfə “SKAD” tipli taktiki raket buraxılışını qeydə alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib.

NATO rəhbəri qeyd edib ki, “SKAD” raketləri adi başlıqlarla olub və kimyəvi silahın istifadəsi hallarına rast gəlinməyib.

“SKAD raketlərindən istifadə NATO-nun müttəfiqi olan Türkiyənin raket əleyhinə müdafiəsini möhkəmlənməsinə olan ehtiyacını təsdiq edir. Hələlik Türkiyə ərazisinə bir dənə də olsun raket zərbəsi endirilməyib, lakin potensial təhlükə qalmaqdadır”, deyə Rasmussen qeyd edib.

Pentaqon da raket zərbələrini təsdiqləyib. ABŞ Müdafiə nazirliyinin məlumatına görə, raketlər Dəməşq yaxınlığından Hələb şəhərindəki hədəflərə atılıb.

Suriya XİN, öz növbəsində, silahlı müxalifət qruplaşmalarına qarşı “SKAD” tipli ballistik taktiki raketlərdən istifadəsi barədə ittihamları qəti şəkildə rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR