Vladimir Putin Türkiyəyə səfər edəcək

Vladimir Putin Türkiyəyə səfər edəcək
# 27 noyabr 2012 11:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin səhhətindəki problemlərlə bağlı təxirə saldığı səfərləri dekabr ayında gerçekləşdirəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin ilk səfərini dekabrın 3-də Türkiyəyə edəcək.

Rusiya preizdenti baş nazir Rəcəb Tayyip Ərdoğan və prezident Abdulla Gül ilə görüşdükdən sonra MDB dövlət başçılarının zirvə toplantısına qatılmaq üçün Aşqabada yola düşəcək.

Dekabrın 21-də Avropa Birliyi liderlərinin zivə toplantısına qatılması gözlənilən V. Putin dekabrın 24-də Hindistana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR