Azərbaycanda Gürcüstan istiqamətində əsas ixrac boru kəmərləri ətrafında minatəmizləmə əməliyyatlarına başlanıb

Azərbaycanda Gürcüstan istiqamətində əsas ixrac boru kəmərləri ətrafında minatəmizləmə əməliyyatlarına başlanıb
# 27 noyabr 2012 09:20 (UTC +04:00)

Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat meneceri Samir Poladov məlumat verib.

S. Poladovun sözlərinə görə, boru kəmərlərinin keçdiyi dəhlizin genişləndirilməsi ilə əlaqədar Yevlax və Ağstafa rayonları ərazisində partlamamış sursat təhlükəsi qalan ərazilərin yoxlanması və təmizlənməsi BP şirkətinin sifarişi əsasında həyata keçirilir.

«Kəmərlərin çəkilməsi zamanı ANAMA tərəfindən həmin ərazilərdə 100 metr enində dəhliz təmizlənib. İndi Gürcüstan sərhədinədək bu dəhlizin genişləndirilməsi ilə əlaqədar sursat təhlükəsinin mövcud olduğu ərazilərdə əməliyyatlar aparılmalıdır», - deyə S. Poladov vurğulayıb.

ANAMA nümayəndəsi qeyd edib ki, ərazidə partlamamış hərbi sursatlara rast gəlinir. Sursatlar torpağın altında olduğundan yeraltı təmizləmə əməliyyatları aparılacaq.

ANAMA tərəfindən əməliyyatlara noyabrın 26-da başlanıb. Əməliyyatlar ümumilikdə 150 min kvadratmetrdən artıq sahəni əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR