Ağsuda yaşayış evində partlayış baş verib, ölən var

Ağsuda yaşayış evində partlayış baş verib, ölən var
# 22 noyabr 2012 07:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Ağsu rayonunda yaşayış evində partlayış olub. Bu barədə APA-ya Ağsu Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Natəvan küçəsi, ev 1/1 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış evinin hamamında baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə orada yaşayan, 42 yaşlı Elşən Nuriyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR