Gəncədə minik avtomobili avtobusla toqquşub, xəsarət alan var

Gəncədə minik avtomobili avtobusla toqquşub, xəsarət alan var
# 08 iyul 2015 22:02 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə iyulun 8-də, axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

VAZ 2107 markalı avtomobillə sərnişin daşıyan “İsuzu” markalı avtobusun toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Xaliq Yusifov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR