Siyəzən sakini özünü bıçaqlayıb

Siyəzən sakini özünü bıçaqlayıb
# 17 noyabr 2012 09:21 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən sakini, 33 yaşlı Firuz Zeynalov özünə 4 bıçaq zərbəsi endirib. APA-nın məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı 40 ünvanında qeydə alınıb.

Yaralı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Tibb müəssisəsindən bildirilib ki, onun vəziyyəti orta ağırdır.

Yaralı bildirib ki, hadisəni törədərkən spirtli içkinin təsiri altında olub. Firuz Zeynalov müalicəsini davam etdirmək üçün paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR