Yevlaxda dilənçilik edən şəxs mənzillərdən xeyli miqdarda zinət əşyası və pul oğurlayıb

Yevlaxda dilənçilik edən şəxs mənzillərdən xeyli miqdarda zinət əşyası və pul oğurlayıb
# 14 noyabr 2012 09:28 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov-APA. Yevlax rayonunda mənzillərdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Yevlax rayon Kövər kənd sakini Əhliyyət Rəsulov ona məxsus mənzildən naməlum şəxs tərəfindən qiyməti 1500 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, mənzili Yevlax şəhər sakini, dilənçiliklə məşğul olan 1988-ci il təvəllüdlü Alim Abdullayev qarət edib. Alim Abdullayev əvvəllər Yevlax şəhərində 4 mənzildən ümumilikdə 10 min 500 manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb. O, ev dustağı olduğu vaxt qanunsuz olaraq yenidən rayon ərazisində pul qazanmaq üçün dilənməyə çıxıb və Kövər kəndində mənzildən oğurluq edib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR