London polisi Suriyada terror aktı törətmək istəyən şəxsi həbs edib

London polisi Suriyada terror aktı törətmək istəyən şəxsi həbs edib
# 12 noyabr 2012 21:48 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya polisi Londonun «Hitrou» hava limanında Suriyada gedərək orada terror aktı törətmək istəyən şəxsi həbs edib. Bu barədə Böyük Britaniya daxili işlər nazirliyi məlumat yayıb.

Həbs olunan şəxsin adı və milliyyəti açıqlanmır. Həmin şəxsin 24 yaşı olduğu bildirilir.

Oktyabr ayında Britaniya polisi Suriyada terror aktı törətməkdə günahlandırılan daha bir şəxsi həbs etmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR