Bank Of Baku

Məktəbdə I sinif şagirdini cərəyan vuraraq öldürüb - YENİLƏNİB - VİDEO

Məktəbdə I sinif şagirdini cərəyan vuraraq öldürüb - YENİLƏNİB  - VİDEO
# 08 fevral 2022 17:41 (UTC +04:00)

Prokurorluq Cəlilabad rayonunda məktəbdə şagirdin cərəyan vurması nəticəsində ölüm faktı ilə bağlı məlumat yayıb.

Cəlilabad rayon prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

***

14.30

Cəlilabadda I sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Ocaqlı kəndində baş verib.

Həmin kənddə yerləşən məktəbin həyətində 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərəyanı vurub. Nəticədə məktəbli keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR