Gürcüstan qaz idxalını 11% artırıb

Gürcüstan qaz idxalını 11% artırıb
# 20 dekabr 2019 14:23 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 281,8 mln. ABŞ dolları dəyərində təbii qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur. Belə ki, ötən il qonşu ölkənin idxal etdiyi qazın ümumi dəyəri 254,2 mln. dollar təşkil edib. Qaz idxalı Gürcüstanın hesabat dövründəki idxalında payı 3,5%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR