İran Türkiyənin NATO-dan «Patriot» istəməsinə qarşı çıxıb

İran Türkiyənin NATO-dan «Patriot» istəməsinə qarşı çıxıb
# 24 noyabr 2012 03:49 (UTC +04:00)

Bakı-APA. İran xarici işlər nazirliyinin rəsmisi Ramin Mehmanpərəst Türkiyənin NATO-dan Patriot raketləri tələb etməsinin Suriyadakı problemlərin həllinə fayda verməyəcəyini bildirib.

İran rəsmi televiziyasının xəbərinə görə Mehmanpərəst, Türkiyənin ciddi döyüşlərin getdiyi Suriyadan qaynaqlanan təhlükəyə qarşı NATO-dan Patriot raketləri tələb etməsini şərh edərkən, «bu məsələ Suriyadakı problemi həll etməyə yardım etməyəcək, əksinə problemin daha da dərinləşməsi və çıxılmaz hala gəlməsinə səbəb ola bilir», fikrini işlədib.

Mehmanpərəstin fikrincə, bütün ölkələr Suriyadakı problemlərin siyasi həll yollarını fikirləşməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR