İranın dini liderinin müşaviri: “Siyasi gündəmimizdə Hörmüz boğazının bağlanılması yoxdur”

İranın dini liderinin müşaviri: “Siyasi gündəmimizdə Hörmüz boğazının bağlanılması yoxdur”
# 17 dekabr 2012 15:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın siyasətində Hörmüz boğazının bağlanılması kimi məsələ yoxdur”. APA-nın “ Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi deyib.

O bildirib ki, hər gün 19 milyon barel neft Hörmüz boğazından dünya bazarına çıxarılır: “Odur ki, dünya enerji təhlükəsizliyini İran sığortalayır. Hörmüz boğazının bağlanılması hökumətimizin siyasi gündəmində yoxdur. Lakin İrana qarşı təhdidlər artacağı təqdirdə, biz bu siyasəti yenidən gözdən keçirə bilərik. Fars körfəzindəki adaların çoxu İrana məxsusdur. Biz bu adalardan təhlükəsizlik və hərbi baxımdan istifadə edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR