Yardımlının Çayüzü kəndində uşaq bağçası və körpələr evi istifadəyə verilib

Yardımlının Çayüzü kəndində uşaq bağçası və körpələr evi istifadəyə verilib
# 08 dekabr 2012 18:22 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Yardımlı rayonunun dağlıq Çayüzü kəndində 35 yerlik uşaq bağçası və körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə səslənən çıxışlarda məktəbəqədər tərbiyə müəssisəsinin yeni görkəmdə fəaliyyətə başlaması dövlətimizin gələcəyimiz olan körpələrə, onların valideynlərinə, ümumilikdə cəmiyyətimizin inkişafına göstərdiyi qayğı və diqqətin təzahürü kimi dəyərləndirilib. Əsaslı təmir işlərinə cari ilin mart ayından başlanmış uşaq bağçası və körpələr evi hər cür lazımi inventar və avadanlıqlarla təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR