İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının toplantısı keçirilir - FOTO

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının toplantısı keçirilir   - <span style="color: red;">FOTO
# 15 dekabr 2012 12:07 (UTC +04:00)

APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantının açılışında çıxış edən QDİƏT-in fəaliyyətdə olan sədri, Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu son 6 ayda qarşıya qoyulmuş məqsədlərin uğurla həyata keçirildiyinə diqqəti cəlb edərək, üzv ölkələrin gələcəkdə də təşkilatın məqsəd və hədəfləri uğrunda daha səmərəli çalışmasının vacibliyini bildirib.

QDİƏT-in İstanbul toplantısında təşkilata üzv olan ölkələrdən Ukrayna, Moldova, Yunanıstan, Albaniya və Türkiyənin xarici işlər nazirləri iştirak edir. Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Rusiya, Gürcüstan, Bolqarıstan, Rumıniya və Ermənistanı isə xarici işlər nazirlərinin müavinləri təmsil edirlər. Günortadan sonra başa çatacaq toplantıda Nazirlər Şurasının sədrliyi Türkiyədən Ukraynaya təhvil veriləcək. Təhvil-təslim mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR