Bəşər Əsəd: “Mən suriyalıyam, Suriyada doğulmuşam, burada yaşayıb, burada da öləcəyəm”

Bəşər Əsəd: “Mən suriyalıyam, Suriyada doğulmuşam, burada yaşayıb, burada da öləcəyəm”
# 08 noyabr 2012 20:51 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Mən suriyalıyam, Suriyada doğulmuşam, Suriyada yaşamalıyam və burada ölməliyəm”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Suriya lideri Bəşər Əsəd Rusiyanın “Russia Today” kanalına müsahibəsində bildirib. O, Qərb ölkələrinin Suriyaya hərbi müdaxilə edəcəklərini düşünmədiyini bildirib: “Belə bir müdaxilənin nəticəsi qorxunc olar. Əgər hərbi müdaxilə olsa, dünya birliyi bunun yükünü qaldıra bilməz. Suriyaya hərbi müdaxilə Atlantik okeandan Sakit okeana qədər bütün dünya bundan zərər çəkər. Amma yenə də buna cəhd edərlərsə, bundan sonra nə baş verəcəyi ilə bağlı heç kim heç nə söyləyə bilməz”.

Suriya prezidenti ölkədən qaçmaqla bağlı jurnalistin verdiyi sualını da cavablandırıb. O, sürgün və ya digər siyasi sığınacaq təkliflərini rədd etdiyini söyləyib: “Mən Qərbin marionetkası deyiləm ki, Qərbə və ya başqa ölkəyə gedim. Mən suriyalıyam. Burada doğulmuşam, burada yaşayıb, burada da öləcəyəm”.

Qeyd edək ki, “Russia Today” kanalı Suriya lideri ilə müsahibəni cümə günü, noyabrın 9-da yayımlayacağını bildirb. Müsahibə barədə kanalın qısa reportajında Bəşər Əsədlə müsahibənin hansı tarixdə edildiyi haqda məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR