Moskva vilayətinə yeni qubernator təyin olunub

Moskva vilayətinə yeni qubernator təyin olunub
# 08 noyabr 2012 14:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Moskva vilayətinə qubernator təyin edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, keçmiş qubernator Sergey Şoyqunun müdafiə naziri təyin olunması ilə boş qalan qubernator vəzifəsinə Dövlət Dumasında “Vahid Rusiya” (Yedinnaya Rossiya) partiyasının fraksiya sədri Andrey Vorobyov təyin edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirlyində baş verən korrupsiya qalmaqalı ilə əlaqədar Anatoli Serdyukov vəzifəsindən azad edilib. Onun yerinə Moskva vilayətinin qubernatoru Sergey Şoyqu təyin edilib
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR