Rövşən Rzayev: “Söyün Sadıxovun Azərbaycana heç bir aidiyyəti yoxdur”

Rövşən Rzayev: “Söyün Sadıxovun Azərbaycana heç bir aidiyyəti yoxdur”
# 24 noyabr 2012 11:41 (UTC +04:00)

Bu açıqlamanı APA-ya “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü Rövşən Rzayev deyib. R. Rzayev bildirib ki, S. Sadıxovun Azərbaycan Respublikası və bu ölkənin vətəndaşları adından danışmağa heç bir mənəvi və maddi səlahiyyəti yoxdur: “Söyün Sadıxovun Rusiya yaşayan azərbaycanlılarla ermənilər arasında münasibətləri normallaşdırılmasına cəhd etməsi və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüslə çıxış etməsi kimi açıqlamaları, yalnız şəxsi maraqlar zəminində dəyərləndirilməlidir. Bundan başqa, onun əvvəllər də ermənipərəst açıqlamaları olub”.

R. Rzayev qeyd edib ki, S. Sadıxov Azərbaycanın ərazi bütövlüyünə nail olmaq istəyirsə, ilk növbədə Azərbaycanın bu məsələdəki siyasəti ilə tanış olmalı, bundan sonra addım atmalıdır: “Söyün Sadıxovun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məsələnin detallarına getmək istəmirəm. Yalnız onu qeyd edim ki, azərbaycanlıların ermənilərlə əlaqələrinin çözülməsi onun səlahiyyətlərinə aid məsələ deyil və azərbaycanlılar adından danışmağa mənəvi haqqı yoxdur”.

Qeyd edək ki, dünən Moskvada “Rusiya Erməniləri İttifaqı” (REİ) Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və Rusiya azərbaycanlılarının «AzərRos» Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov arasında görüş keçirilib. Aparılan danışıqlar və geniş tərkibdə keçirilən görüşün yekununda tərəflər birgə bəyanat imzalayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR