Çində 18 şaxtaçı həlak olub

Çində 18 şaxtaçı həlak olub
# 24 noyabr 2012 13:06 (UTC +04:00)

Bakı – APA. Çinin cənub hissəsində yerləşən dağ-mədən şaxtasında süxurun çökməsi nəticəsində 18 nəfər həlak olub. Daha 5 şaxtaçının şaxtada qaldığı bildirilir.

APA-nın «RİA Novosti» Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün təxminən saat 11:00-da Quycou əyalətinin Lüpanşuy şəhərində baş verib.

Hadisə zamanı 28 şaxtaçının yerin altında olduğu bildirilirdi. Lakin sonradan onların 5-nin xilas edilməsi mümkün olub.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR