Azərbaycana yeni neytron mənbələr almaq istəyir

Azərbaycana yeni neytron mənbələr almaq istəyir
# 13 dekabr 2012 14:22 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu Azərbaycana yeni neytron mənbələrin və sürətləndirici qurğuların alınması üçün müraciət edəcək.

İnstitutun direktoru Adil Qəribov APA-ya bildirib ki, hazırda bütün dünyada ən çox istifadə edilən qurğular elektron, proton sürətləndiricilər, neytron mənbəli qurğulardır: “İndiyədək Azərbaycanda heç vaxt neytron mənbələri olmayıb. Azərbaycanın iqtisadi imkanı ölkədə neytron mənbələrinin qurulmasına imkan verir. Azərbaycanda hələlik tədqiqat nüvə reaktoru olmasa da, belə mənbələr qurula və onlardan istifadə oluna bilər”.

A.Qəribov deyib ki, bu qurğularda müxtəlif hissəciklər yüksək enerjiyə qədər sürətləndirilir və onda müxtəlif istiqamətli təcrübələr aparılır: “Bu qurğuları sterilizasiya qurğusu üçün nəzərdə tutulan ərazidə yerləşdirmək mümkündür. Həmin qurğuların alınması üçün gələn il müxtəlif fondlardan vəsait mənbələri axtarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR