“Qəbələ” klubların reytinq siyahısında irəliləyib

“Qəbələ” klubların reytinq siyahısında irəliləyib
# 31 yanvar 2018 23:29 (UTC +04:00)

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 545-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 6 pillə geriləyib.

368 xala malik “Keşlə” son siyahıda olduğu kimi 781-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 819-cu pillədədi. “Qırmızı-qaralar” 2 pillə qabağa gedib. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi bir pillə irəliləyib və planetin 841-cisidi.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 18088 xalla 1-ci, “Barselona” 15725 xalla 2-ci, “Atletiko” isə 13432 xalla 3-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR