Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş yeni kataloq nəşr edilib

Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş yeni kataloq nəşr edilib
# 18 dekabr 2012 14:05 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix muzeyi tərəfindən görkəmli ədib, dramaturq, maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş yeni kataloq nəşr olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda muzeyin fondlarında M.F.Axundzadənin həyat və fəaliyyətini öyrənməyə imkan verən 92 saxlama vahidi mühafizə olunur.

Onların arasında M.F.Axundzadənin indiyədək çap olunmayan fotoşəkillər və sənədləri, müəllifi olduğu tamaşaların afişaları, elmi və geniş ictimaiyyətə məlum olmayan portretləri, yubileyləri münasibətilə buraxılmış xatirə medalları, ədibə məxsus olmuş məişət əşyaları var. Kataloqda bütün bu eksponatlar barədə müfəssəl məlumat verilir. Kataloqun giriş hissəsində M.F.Axundzadənin bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunub. Kataloq iki dildə - Azərbaycan və rus dillərində nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR